Səudiyyə Ərəbistanında daha bir ilk yaşanıb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə bir qadın rəsmi televiziya kanalında xəbər bülletenini təqdim edib.
Viam ed-Dahil adlı qadın aparıcı kanalın və yeni xəbərlər buraxılışının anonsunu həmkarı Ömər en-Neşvanla birlikdə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında son dövrdə qadınlara avtomobil idarə etmək, idman yarışlarında stadionda iştirak etmək kimi yeni hüquqlar verilib.