ONN İnformasiya Agentliyi

ABŞ-dakı dəhşətli partlayışın SƏBƏBİ AYDINLAŞDI

ABŞ-dakı dəhşətli partlayışın SƏBƏBİ AYDINLAŞDI
28 Dekabr 2020 - 10:53

ABŞ-ın Tennesi ştatının Neşvill şəhərində 26 dekabrda baş verən partlayış hadisəsinin səbəbi kamikadze olub.

ONN media  xəbər verir ki, bu barədə ştatın prokuroru Don Sokran keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, 63 yaşlı Entoni Kuin Uorner adlı şəxs avtomobilinə yerləşdirdiyi bombanı partladıb və həmin an özü də havaya uçub.

Hadisəni araşdıran Federal Təhlükəsizlik Bürosunun nümayəndəsi Devid Rauş isə vurğulayıb ki, partlayışın meydana gəldiyi yerdə aşkarlanan insan qalıqlarının DNT testinin adıçəkilən şəxsə aid olduğu nəticəsini verib. O, Uornerin təkbaşına hərəkət etdiyinə inandıqlarını dilə gətirib.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər yaralanmış, 41 bina, 911 çağrı mərkəzi və GSM xətləri zərər görmüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png