ONN İnformasiya Agentliyi

ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR: Bu ölkəyə silah satışını dayandırdı

ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR: Bu ölkəyə silah satışını dayandırdı
05 Fevral 2021 - 9:56

ABŞ Yəməndə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi kəsib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə görə, qərar çərçivəsində nəzərdə tutulan silah satışı da dayandırılıb: “Bu savaş artıq bitməlidir. Bu məsələdəki vədimizi yerinə yetirə bilmək üçün hərbi dəstəyimizə son veririk”.

Baydenin qərarına Səudiyyə Ərəbistanının cavabı gecikməyib. Ər-Riyad hökuməti ABŞ-ın Yəmənin ərazi bütövlüyünü tanımasından məmnunluğunu dilə gətirib və ölkədəki müharibənin sonlanması üçün işləməyi arzu etdiklərini bildirib.

Müharibənin digər cəbhəsi olan İran dəstəkli Husi təşkilatı da qərardan razı qalıb. Husilərin qanunsuz Xarici işlər naziri Hişam Şərəf “Əl-Mayadin” kanalına müsahibəsində ABŞ tərəfindən Yəməndəki savaşı sonlandırmaq və ölkənin mühasirədən çıxması üçün atılacaq hər bir addımı məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png