ONN İnformasiya Agentliyi

ACI XƏBƏR: Daha bir türk əsgəri Suriyada şəhid oldu

ACI XƏBƏR: Daha bir türk əsgəri Suriyada şəhid oldu
04 Fevral 2021 - 18:13

Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.

ONN media   xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitterdə yazıb.

“Bir qəhrəman, bir ata… Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı… Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, – nazir qeyd edib.

Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.

Qeyd edək ki, ötən gün Türkiyə ordusunun başqa bir hərbçisi də Suriyada şəhid olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png