ONN İnformasiya Agentliyi

Bu ölkə Fələstini dövlət kimi tanıyıb

Bu ölkə Fələstini dövlət kimi tanıyıb
20 Aprel 2024 - 19:58

Karib dənizindəki ada ölkəsi Barbados Fələstini dövlət kimi tanıyıb.

ONN media xəbər verir ki, bu barədə Barbados xarici işlər naziri Kerri Simmonds məlumat yayıb.

“Biz həmişə BMT-nin nəzdində münaqişənin ik dövlətli prinsip çərçivəsinə həllinin tərəfdarı olmuşuq. Ancaq dünyaya bunu söyləməyimizə baxmayaraq, Fələstini dövlət kimi tanımırdıq. Ortada bir uyğunsuzluq mövcud idi. Biz Fələstini bir dövlət kimi tanımadığımız halda necə ikidövlətli həll tələb edə bilərdik? Buna görə də Barbados rəhbərliyi Fələstini dövlət kimi tanımaq qərarına gəlib”, – nazir bildirib.

Qeyd edək ki, Barbados BMT-yə üzv olan 193 ölkə arasında Fələstini dövlət kimi tanıyan 140-cı ölkə olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png