ONN İnformasiya Agentliyi

Bu Zəngəzurdan əl çəkmək deməkdir – Erməni KİV

Bu Zəngəzurdan əl çəkmək deməkdir – Erməni KİV
17 Mart 2021 - 11:43

Ermənistan gec-tez Rusiyanın təsir dairəsindən çıxacaq, xarici siyasət və geosiyasətdə Qərbə istiqamətlənəcək. Bu, Ermənistan üçün yeganə yoldur, amma burada da heç də hər şey hamar deyil. Qərb həm də NATO deməkdir, NATO isə öz növbəsində Qafkazda Türkiyə ilə təmsil olunur.

ONN media  xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd edilib.

“Əgər Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə tərəf üz tutsa, Türkiyə ilə münasibətlərə yüz faiz yenidən baxılmalıdır. Bu isə öz növbəsində “erməni soyqırımı”, Qarabağ məsələsindən tam olaraq imtina və nəticə etibarilə Zəngəzurdan əl çəkmək deməkdir. Ermənistan buna dövlətçiliyini qorumaq üçün razılaşmalıdır. Başqa seçimimiz yoxdur. Siz Gürcüstana baxın, bu gün heç bir dövlət bu ölkəyə bir şey deyə bilməz. Onun arxasında Qərb dayanır”, – deyə erməni nəşri yazır.

Saytın məlumatına görə, Qərbin Gürcüstana yalnız Qara dənizdə rusların narahatlığına səbəb olması üçün ehtiyacı var, Ermənistanın isə dənizi yoxdur və Qərbə yeganə maraq İrəvanın antiiran strategiyası ola bilər.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png