ONN İnformasiya Agentliyi

Ermənistandan “Metsamor”la bağlı RİSKLİ ADDIM

Ermənistandan “Metsamor”la bağlı RİSKLİ ADDIM
18 Mart 2021 - 12:49

Ermənistan “Metsamor” nüvə elektrik stansiyasının ömrünü 2036-cı ilə qədər uzatmaq istəyir.

ONN media  xəbər verir ki, bunu stansiyanın baş direktoru Movses Vardanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, reaktor gəmisinin üzərindəki bərkitmə işləri onun gücünü artıracaq və stansiyanın əlavə 10 ilə qədər işləməsinə kömək edəcək.

Qeyd edək ki, 2015-16-cı illərdə Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyasının dəstəyi və Rusiyanın verdiyi kreditin köməyi ilə Ermənistan nüvə stansiyasının ömrünü uzatmaq üçün işlər görüldü. İndi təmir işləri Ermənistan tərəfinin öz hesabına aparılır və başa çatmaq üzrədir.

Hazırda fəaliyyət göstərən ikinci stansiya bloku 1980-ci ildə işə salınıb, 2026-cı ilədək işləməsi nəzərdə tutulub. (1989-95-ci illərdə boş qaldığını nəzərə alaraq 40 il ömrü hesablanıb).

Bununla yanaşı, stansiyanın baş direktoru bildirib ki, Ermənistan AES-in istismar müddətinin uzadılmaması riski də var. O, Rusiya şirkətlərinin təcrübəsini nəzərə alaraq bu risklərin minimuma endiriləcəyinə əminliyini ifadə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png