ONN İnformasiya Agentliyi

Gürcüstanda fəallar bələdiyyə binasını ələ keçirməyə çalışdı

Gürcüstanda fəallar bələdiyyə binasını ələ keçirməyə çalışdı
03 Fevral 2021 - 18:37

Gürcüstanda Çxoroçğu meriyası qarşısında keçirilən etiraz aksiyası zamanı, mülki fəallar bələdiyyə binasına daxil olmağa çalışıblar.

ONN media xəbər verir ki, etiraz aksiyasına səbəb meriya binasının tualetinin şagirdlərə təmizlədilməsi faktı olub.

Aksiya iştirakçıları, şagirdlərə tualeti yudurdan şəxslərin istintaqa cəlb edilməsini və Çxoroçğu merinin istefasını tələb edirlər.

Onlar meriya binasına daxil olaraq merlə görüşmək istəyiblər, lakin polis onlara icazə verməyib və nəticədə aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib.

Aksiya iştirakçıları tələblərinin yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt veriblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə, Çxoroçğu meriyasının tualetinin şagirdlərə təmizlədilməsi kadrları yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png