ONN İnformasiya Agentliyi

Hərbi hissədə atışma: 8 əsgər öldürüldü

Hərbi hissədə atışma: 8 əsgər öldürüldü
25 Oktyabr 2019 - 16:29

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə silahlı insident baş verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, Qornıy küçəsində yerləşən hərbi hissədə qaravulda xidmət aparan hərbi qulluqçu həmkarlarına atəş açıb. Hadisənin təfərrüatları bildirilməsə də, hərbi qulluqçunun 10 həmkarını güllələdiyi qeyd edilib. Güllələnən əsgərlərdən 8-i həlak olub, 2-si yaralanıb. Yaralanan əsgərlər xəstəxanaya çatdırılıb.

İnsidenti törədən əsgərin tutulduğu bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png