ONN İnformasiya Agentliyi

Hulusi Akar Macarıstana yollanıb

Hulusi Akar Macarıstana yollanıb
03 Fevral 2021 - 13:43

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Macarıstanda səfərdədir.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onu paytaxt Budapeştin hava limanında Macarıstan müdafiə naziri Tibor Benko qarşılayıb.

Nazirlər ilk növbədə paytaxtdakı Türk Şəhidliyini ziyarət ediblər. Buradakı anım mərasimində Hulusi Akar, daha sonra isə Tibor Benko Birinci Dünya müharibəsi Qalisiya cəbhəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar.

Daha sonra nazirlər Gül Baba türbəsini ziyarət ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png