ONN İnformasiya Agentliyi

İrəvan AYAĞA QALXDI: Paşinyan və MTX…

İrəvan AYAĞA QALXDI: Paşinyan və MTX…
16 Mart 2021 - 17:25

Ermənistanın Daşnaktsütyun Partiyasının gənclər qanadı Milli Təhlükəsizlik Xidməti İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin binası yaxınlığında etiraz aksiyası keçirir.

ONN media xəbər verir ki, etirazçılar MTX-nin əməkdaşları tərəfindən saxta hesablarla feysbuk paylaşımlarının rəy bölməsində yazılan cümlələri pankart formasında hazırlayaraq aksiyaya gətirib.

“Biz ictimaiyyətin diqqətini erməni xalqını təhqir edən, dövlət tərəfindən maliyyələşdirilən bu təşkilata yönəltmək istəyirik. Hakimiyyət orqanlarına qarşı ən azı bir acı söz eşidilən kimi, bunu edən şəxs burada təhqirlərlə mükafatlandırılır” etirazçılardan biri deyib.

Partiya üzvü Gerasim Vardanyan isə qurumun Paşinyanın şəxsi problemlərini həll etməyə, qüvvəsini gücləndirməyə və onun guya xalqın etimadından istifadə etdiyinə dair fikir yaratmağa xidmət etdiyini bildirib.

Başqa bir qrup etirazçı İrəvanın Komitas prospektini bağlayıb. Onlar “Nikol xaindir!” şüarları səsləndirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png