ONN İnformasiya Agentliyi

İranda son sutkada 61 nəfər koronavirusdan öldü

İranda son sutkada 61 nəfər koronavirusdan öldü
10 Fevral 2021 - 15:12

İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.

ONN media xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 58 686 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 75 885 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 488 981 nəfərə çatıb. Virus daşıyıcılarından 3 763 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 272 287 nəfər koronavirusdan sağalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png