ONN İnformasiya Agentliyi

İrandan şok açıqlama- Bu ölkələr plan hazırlayırlar

İrandan şok açıqlama- Bu ölkələr plan hazırlayırlar
27 Oktyabr 2019 - 11:51

Səudiyyə Ərəbistanı İraq və Livandakı etiraz aksiyalarını dəstəkləyir.

ONN media xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib. O bildirib ki, Səudiyyə rəhbərliyi İraq və Livandakı etirazlar səbəbindən bayram edirlər:

“ABŞ və sionistlər etiraz aksiyalarını artırmaq üçün plan qururlar. Bu ölkələrdəki düşmən hiylələri müvəqqətidir və bu mərhələni də keçəcəklər. İraqda və Livandakı nümayişlərin ömrü aylardır Fransada davam edən böhrandan daha qısa olacaq” .

Qeyd edək ki, Livanda iqtisadi vəziyyətin pisləşməsi və rabitə sektoruna yeni vergilərin əlavə edilməsi səbəbindən etiraz aksiyaları başlayıb. İraqda isə hökumət əleyhinə aksiyalar keçirilir və aksiyalarda ölənlərin sayı 63-ə çatıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png