ONN İnformasiya Agentliyi

İsrail bütün normaları pozur- Nazir

İsrail bütün normaları pozur- Nazir
26 Oktyabr 2019 - 10:47

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII sammitinin ikinci günü ümumi debatlarla öz işini davam etdirir.

ONN media xəbər verir ki, ilk olaraq Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Əl-Hamad Əl-Sabah çıxış edib.

O, QH-nın sammitinə ev sahibliyi edən Azərbaycana və daha əvvəlki sədr Venesuelaya təşəkkür edib.

Küveyt rəsmisi diqqəti Fələstin böhranının həllinə yönəldib.

Qeyd edib ki, dünya ictimaiyyəti Fələstin böhranının həllinə görünmədiyi qədər töhfə verməlidir:

“İsrail beynəlxalq hüququn bütün norma və prinsiplərini pozur. İsrailin atdığı bu addımlar çox pis nəticələr verir. Bundan əlavə Küveyt Dövləti hesab edir ki, Suriyada münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz BMT-nin bu böhranın siyasi yolla həllinə yönəlik səylərini, həmçinin, orada sülhün əldə olunmasına yönəlmiş digər səyləri dəstəkləyirik. Biz Suriya dövlətinin suverenliyinə qarşı yönəlmiş bütün tədbirləri pisləyirik. Sonda onu demək istəyirəm ki, Küveyt Dövləti Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png