ONN İnformasiya Agentliyi

Köçəryan hakimiyyətə qayıdır? – Moskva səfərinin SƏBƏBİ

Köçəryan hakimiyyətə qayıdır? – Moskva səfərinin SƏBƏBİ
04 Fevral 2021 - 14:12

Robert Köçəryanın Moskvada siyasi görüşlərdə iştirak edəcəyi güman olunur.

ONN media  xəbər verir ki, bu iddia ilə “1in.am” saytı çıxış edib.

“Bir neçə həftə öncə də Köçəryan Moskvada idi və səfər zamanı onun Putinlə telefon danışığı olmuşdu. İndi də eyni münasibətlə Köçəryan Moskvaya gedir.

Köçəryanın Vətənin Xilası Hərəkatının nümayəndələri ilə bəzi fikir ayrılıqları var. Söhbət onların növbədənkənar seçkiyə münasibətindən gedir. Vazgen Manukyanın rəhbərlik etdiyi hərəkat yekdil şərt kimi Paşinyanın istefası və müvəqqəti hökumətin formalaşdırılmasını irəli sürüb. Görünür, Köçəryan bu variantdan imtina edir, seçkidə iştiraka üstünlük verir”.

Məqalədə bildirilib ki, Köçəryan “keçmiş sistemdə” lider kimi çıxış edir:

“Müxalifət ya Köçəryanın iradəsi altında olmalıdırlar, ya da buna qarşı çıxmalıdırlar ki, bu zaman da onların məğlubiyyəti zəmanət altına alınıb. Bu halda Köçəryan parlamentdə ikinci güc olacaq, gələcəkdə onu gücləndirmək ümidi ilə yaşayacaq. Prezident olduğu dönəmdə Köçəryanı hakimiyyətə qaytarmamaq üçün hər şeyi edən və hətta inqilaba yardım edən Sərkisyan isə Köçəryanın təsiri altında qalacağı fikri ilə barışmalı olacaq. Bu planda kifayət qədər abstrakt situasiya yaranır. Belə ki, bir tərəfdən Serj Sərkisyanın Köçəryanı neytrallaşdırmaq üçün kifayət qədər resursu olmur, digər tərəfdən Köçəryana Sərkisyanı neytrallaşdırmaq həddən artıq çətinləşir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png