ONN İnformasiya Agentliyi

Lavrovun Bakı səfəri haqda Rusiyadan rəsmi AÇIQLAMA

Lavrovun Bakı səfəri haqda Rusiyadan rəsmi AÇIQLAMA
16 Noyabr 2017 - 12:41
Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana səfər edəcək. Noyabrın 21-də isə Ermənistana baş çəkəcək”.
ONN media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Lavrov Bakıda Elmar Məmmədyarovla danışıqlar aparacaq: “Biz bu haqda dəfələrlə danışmışıq ki, Azərbaycan Qafqaz regionunda bizim əhəmiyyətli strateji tərəfdaşımızdır. Bu il biz diplomatik əlaqələrimizin qurulmasının 25 illiyini qeyd edirik. Rusiya-Azərbaycan əməkdaşlığı təkcə dostluğun və qarşılıqlı hörmətin çoxillik ənənələrinə bağlı deyil, həm də regional və beynəlxalq məsələlərdə yaxınlıq önəm daşıyır”.

Lavrovun İrəvana səfəri haqda da danışan Zaxarova Rusiya-Ermənistan əlaqələrindən bəhs edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png