ONN İnformasiya Agentliyi

Müxalifətçi liderdən Türkiyə ordusuna çağırış- “MÜHARİBƏYƏ BAŞLAYIN”

Müxalifətçi liderdən Türkiyə ordusuna çağırış- “MÜHARİBƏYƏ BAŞLAYIN”
06 Yanvar 2018 - 15:34

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə ordusunu Suriyanın Afrin şəhərində qətiyyətli hərbi əməliyyatlar keçirməyə çağırıb.

ONN media xəbər verir ki, D.Bahçeli Afrində fəaliyyət göstərən YPG və PYD terror təşkilatlarının Türkiyə üçün, eləcə də bütün region üçün böyük təhdid olduğunu vurğulayıb.

O, öz çıxışında Afrində terrorçuları darmadağın etməyə, “daşı daş üstündə qoymamağa” çağırıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Afrində hərbi əməliyyatların keçirilə biləcəyini istisna etməyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png