Seyid Əli Xameneinin nümayəndəsi: “İsraili məhv edə bilərik”

Seyid Əli Xameneinin nümayəndəsi: “İsraili məhv edə bilərik”


İranın  ali dini rəhbəri Seyid Əli Xameneinin İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrindəki bir nümayəndəsi İranın İsraili məhv edəcəyi ilə bağlı açıqlama verib.

ONN media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Xameneinin nümayəndələrindən Əli Şirazi İsrailin Suriyaya yönəlik siyasətinə dair verdiyi bəyanatda İranın Təl-Əvivi yox edə biləcəyi barədə xəbərdarlıq edib. “Fars” İnformasiya Agentliyinə açıqlama verən Şirazi deyib ki, İsrail varlığını davam etdirmək istəyirsə, səfeh hərəkətlərdən çəkinməlidir.

“İrana bu məsələdə əsas versələr, Təl-Əviv yox olacaq. İran İsraili məhv edə bilər”,- Əli Şirazi belə deyib.

Geri qayıt