İranın ali dini rəhbəri Seyid Əli Xameneinin İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrindəki bir nümayəndəsi İranın İsraili məhv edəcəyi ilə bağlı açıqlama verib.
ONN media Türkiyə KİV-nə istinadla xəbər verir ki, Xameneinin nümayəndələrindən Əli Şirazi İsrailin Suriyaya yönəlik siyasətinə dair verdiyi bəyanatda İranın Təl-Əvivi yox edə biləcəyi barədə xəbərdarlıq edib. “Fars” İnformasiya Agentliyinə açıqlama verən Şirazi deyib ki, İsrail varlığını davam etdirmək istəyirsə, səfeh hərəkətlərdən çəkinməlidir.
“İrana bu məsələdə əsas versələr, Təl-Əviv yox olacaq. İran İsraili məhv edə bilər”,- Əli Şirazi belə deyib.