Ermənistanda etirazlar davam edir

Ermənistanda etirazlar davam edir


İrəvanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.

ONN media xəbər verir ki, nümayişçilər müxtəlif plakatlar, eləcə də "Rusiya - Ermənistan dostluğu əbədidir" yazılı plakatlarla mitinq keçirirlər.

Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis vəziyyətə nəzarət edir.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.

Geri qayıt