İrəvanın mərkəzindəki "Respublika" meydanında etiraz hərəkatının lideri Nikol Paşinyanın rəhbərliyi ilə çoxminlik mitinq keçirilir.
ONN media xəbər verir ki, nümayişçilər müxtəlif plakatlar, eləcə də "Rusiya - Ermənistan dostluğu əbədidir" yazılı plakatlarla mitinq keçirirlər.
Mitinqin keçirildiyi meydanda çoxlu sayda polis vəziyyətə nəzarət edir.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.