Kabildə ardıcıl partlayışlar nəticəsində 13 nəfər ölüb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl bir neçə partlayış baş verib, 13 nəfər ölüb.
ONN media xəbər verir ki, bu barədə “Deutche Welle” məlumat verib.
Məlumata əsasən, iki terrorçu-kamikadzenin polis məntəqəsinə etdikləri hücum nəticəsində 10 nəfər ölüb. Bundan sonra Kabilin mərkəzində daha bir polis məntəqəsi qarşısında partlayış törədilib, həmçinin naməlum silahlılar bir sıra inzibati binaları atəşə tutublar. Nəticədə 3 nəfərin öldüyü, yaralıların olduğu bildirilir.
Hücumlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.