ONN İnformasiya Agentliyi

Kabildə ardıcıl partlayışlar nəticəsində 13 nəfər ölüb

Kabildə ardıcıl partlayışlar nəticəsində 13 nəfər ölüb
9-05-2018, 21:31


Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl bir neçə partlayış baş verib, 13 nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə “Deutche Welle” məlumat verib.

Məlumata əsasən, iki terrorçu-kamikadzenin polis məntəqəsinə etdikləri hücum nəticəsində 10 nəfər ölüb. Bundan sonra Kabilin mərkəzində daha bir polis məntəqəsi qarşısında partlayış törədilib, həmçinin naməlum silahlılar bir sıra inzibati binaları  atəşə tutublar. Nəticədə 3 nəfərin öldüyü, yaralıların olduğu bildirilir.

Hücumlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png