ONN İnformasiya Agentliyi

Rusiyada DƏHŞƏTLİ OLAY- 40 hektar…

Rusiyada DƏHŞƏTLİ OLAY- 40 hektar…
30 Aprel 2024 - 21:22

Sibir bölgələrində meşə yanğınları başlayıb.

ONN media xəbər verir ki, “Avialesoxrana” yanğının artıq yeddi regiona yayıldığını bildirib.

Dövlət müəssisəsinin məlumatına görə, hazırda ümumi sahəsi 40.374 hektar olan 41 yanğın hadisəsi var.

Ən çətin vəziyyət Yəhudi Muxtar Vilayəti və Xabarovsk diyarındadır. Yəhudi Muxtar Vilayətində yanğın 25 apreldə başlayıb və 18,5 min hektar ərazini əhatə edib. Aprelin 29-da yanğın lokallaşdırılıb.

Xabarovsk diyarında 14 bələdiyyədə yanğın davam edir və demək olar ki, 22 min hektara yayılıb. Hazırda ərazidə 380-dən çox canlı qüvvə, 60 ədəd yerüstü texnika və 7 təyyarə yanğınla mübarizə aparır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png