ONN İnformasiya Agentliyi

Türkiyəli aktrisa sevgilisi ilə mübahisə etdi, əlindəki stəkanı atdı və…

Türkiyəli aktrisa sevgilisi ilə mübahisə etdi, əlindəki stəkanı atdı və…
24 İyul 2018 - 5:23

Aktrisa Nurgül Yeşilçay 2 aylıq sevgilisi prodüser Necati Kocabayla kəskin mübahisə edib.

ONN media xəbər verir ki, cütlük dünən axşam Nişantaşında restoranda yemək yeyib. Bir müddət sonra aktrisa ilə sevgilisi mübahisə etməyə başlayıb. Masadakı soda stəkanını qəfildən yerə atan Nurgül Yeşilçay sevgilisi Kocabayın "Sakit ol. Bağırma, hamı bizə baxır" xəbərdarlığına baxmayaraq sakitləşməyib.

Daha sonra prodüser Nurgül Yeşilçayı qolundan tutub tualetə aparıb. Kocabay burada da sevgilisini sakitləşdirməyə çalışsa da, bacarmayıb. Cütlük restoranı çox gərgin şəkildə tərk edib.

Son günlər əsəbi olduğu müşahidə edilən Nurgül Yeşilçay "Show TV"-də başlayacaq "Gülperi" serialının Bebekdəki çəkilişləri zamanı da onun şəkillərini çəkən müxbirlərə bağırmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png