ONN İnformasiya Agentliyi

Xameneinin ölümü iddialarına CAVAB

Xameneinin ölümü iddialarına CAVAB
07 Dekabr 2020 - 16:02

İranın Ali lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı yeni açıqlama gəlib.

ONN media  xəbər verir ki, ölkənin “Fars” yarı-rəsmi xəbər agentliyi Ali liderin yaxınlarına istinadən verdiyi məlumatda iddianı yalanlayıb.

Xameneinin ofisində işləyən Mehdi Fazaəlinin Tvitterindən gətirilən sitatda onun səhhətinin yaxşı olduğu və gündəlik işlərini gördüyü bildirilib.

Qeyd edək ki, Tvitterin İran seqmentində Xameneinin vəziyyətinin pisləşdiyi, səlahiyyətlərini oğluna verdiyi iddia olunmuşdu. Bəzilərində isə Ali liderin öldüyü bildirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png