ONN İnformasiya Agentliyi

Zərif Paşinyan barəsində nələr danışdı?

Zərif Paşinyan barəsində nələr danışdı?
27 Yanvar 2021 - 16:31

Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir.

ONN media  xəbər verir ki, bunu İrəvanda rəsmi səfərdə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə, Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.

İki ölkə münasibətləri və regional mövzuların müzakirə olunduğu görüşdə Zərif Ermənistan daxil olmaqla, bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və milli suverenliyinin əhəmiyyətli olduğunu vurğulayıb.

Ermənistanı İranın önəmli qonşusu adlandıran nazir baş nazir Nikol Paşinyanın gələcəyə doğru atdığı addımları tərifləyib.

Ara Ayvazyan da öz növbəsində İranın Ermənistanın 4-cü iqtisadi müttəfiqi olduğunu qeyd edib.

Görüş çərçivəsində 2 ölkə arasındakı bankçılıq, nəqliyyat, İran məhsullarının ixracı və Araz çayının ətrafı ilə bağlı mövzular müzakirə edilib.

Zərifin Paşinyanla da görüşü planlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png