ONN İnformasiya Agentliyi

Zelenskidən TƏLƏB EDİLDİ: Əlaqəni kəs, səfərbərlik elan et!

Zelenskidən TƏLƏB EDİLDİ: Əlaqəni kəs, səfərbərlik elan et!
20 Aprel 2021 - 3:45

Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan bir neçə deputatı Prezdent Vladimir Zelenskidən Rusiya ilə diplomatik əlaqələri kəsməyi tələb edib.

ONN media  xəbər verir ki, sözügedən tələbin mətnini deputat Boqdan Yaremenko Feysbuk səhifəsində yayıb.

“Biz dinc insanlarıq. Amma təəssüf ki, qonşular müharibəyə hazır olanlara yox, sülh istəyənlərə hücum edirlər”, – Yaremenko bildirib.

Müraciətdə Zelenskidən Rusiya ilə əlaqələrə son qoymaq, Britaniya və ABŞ hərbi kontingentini Ukraynaya dəvət etmək tələb olunub.

Deputatlar, həmçinin prezidentin səfərbərlik elan etməsini də istəyiblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png