Prezident Kitabxanası Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətindən bəhs edən "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlayıb.
ONN media xəbər verir ki, bu barədə kitabxanadan bildirilib.
Bildirilib ki, sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, habelə vətənə və xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolu müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər və bioqrafik materiallar vasitəsilə əhatəli şəkildə təqdim edilib.
Bu nəşrlər Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, əldə etdiyi elmi nailiyyətləri, həkim kimi humanist prinsiplərə sədaqətini və çoxillik pedaqoji fəaliyyətini dolğun şəkildə işıqlandırır.
Həmçinin virtual sərgidə onun həyat və fəaliyyətinə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də yer alır. Bu materiallar yalnız bir alim obrazını deyil, eyni zamanda, yüksək mənəvi dəyərlərə malik, dövrünün görkəmli ziyalılarından birinin portretini tamamlayır.
Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi funksiyasını daşıyır. Bu təşəbbüs Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və tanıdılması istiqamətində Prezident Kitabxanasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamıdır.
Sərgi ilə https://www.preslib.az/az/virtual/books/SjZF8Vb link vasitəsilə tanış olmaq mümkündür.



İlham Əliyev sərəncam imzaladı
Bu gün Zərifə Əliyevanın doğulduğu gündür
Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb
Zərifə Əliyevanın anadan olmasından 97 il ötür
YAP-da Zərifə Əliyevaya həsr edilmiş konfrans keçirildi
Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Akademik Zərifə xanım Əliyevanın anım günüdür
Zərifə Əliyevanın 100 illik yubileyidir
Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür
Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur
Prezident və xanımı konsertdə iştirak etdi
Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Azərbaycan nümayəndə heyəti İrandadır
İran paytaxtın hava məkanını bağlayır
Sabah 36 dərəcə isti olacaq
Abşeron çimərliklərində yayılan çəyirtkələrlə bağlı RƏSMİ AÇIQLAMA
Pakistanda avtobus dərəyə aşdı: 40 ölü
Yayın ən bahalı 10 transferi - SİYAHI
Bu gün bəzi ərazilərdə qaz kəsiləcək
Haqqında "öldü" xəbərləri yayılan İbrahim Tatlısesin son görüntüsü
Paşinyan Rusiyaya gedir
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Xamenei ilə vida mərasimi başladı
Hərbiçimiz bədbəxt hadisə zamanı həyatını itirdi
Yaponiyada güclü zəlzələ oldu 