ONN İnformasiya Agentliyi

“Xarici ölkə bəstəkarlarının əsərləri” kitabı çap olunub

“Xarici ölkə bəstəkarlarının əsərləri” kitabı çap olunub
31 Avqust 2018 - 13:17

ONN media xəbər verir ki, Sevda Mikayılqızının rəhbəri olduğu "Ziya"NPM nəşriyyatında çap olunmuş "Xarici ölkə bəstəkarlarının əsərləri" kitabında S.Raxmaninovun  "Aleko" operasından "Qaraçıların rəqsi",P.Morlaççhinin  "İl Pastore Svizzero", Manuel de Falyanın "Qısa ömür" operasından "İspan rəqsi", V.Dmitriyevin "Gənckik rəqsi", P.Sarasatenin "İntroduksiya və tarantella", "Zapateado", A.Bızovun "Şa ştil" əsərləri ilk dəfə olaraq nəşr olunur. Kitabın tar ilə fortepiano üçün işləyəni və köçürəni Azərbaycan Milli Konservatoriyasının dosenti Səbuhi Cəfərovdur. Kitabın hazırlanmasında dizayner Nuran Cəfərov, kompüter tərtibatçısı, not qrafikası Heydər Əlioğlu və  Məhəmməd Cəfərov, rəyçilər əməkdar incəsənət xadimi,professor Məmməd Ağa Əkbər oğlu Kərimov, əməkdar müəllim Əflaruz Qulam oğlu Məmmədov, elmi redaktorlar əməkdar müəllim, professor Malik Bayram oğlu Quliyev və korrektor Səbinə İbrahimqızı köməklik göstərmişlər. 

Bu vəsait ali və orta ixtisas musiqi məktəblərinin tar sinfi üçün dərs vəsaiti olaraq tövsiyyə olunur. Kitabın əvvəlində təqdim olunan əsərlərin ifası üçün metodiki göstərişlər və onların bəstəkarları haqqında ayrıca məlumat verilmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
“Xarici ölkə bəstəkarlarının əsərləri” kitabı çap olunub
“Xarici ölkə bəstəkarlarının əsərləri” kitabı çap olunub
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png