ONN İnformasiya Agentliyi

Arıqladan SARIMSAQLI ÇAY

Arıqladan SARIMSAQLI ÇAY
17 May 2018 - 14:49

Xüsusən xanımların üstünlük verdiyi arıqladan çaylar son illərdə çox istifadə edilir.

Bu çaylar arasında ən təsirlisi məşhur aktrisa Ancelina Colinin 11 kilo arıqlamağına kömək edən sarımsaq çayıdır.

ONN media xəbər verir ki, sarımsağın faydaları saymaqla bitmir, ancaq təəssüf ki xoş olmayan qoxusuna görə sevilmir. Lakin sarımsaq çayın tərkibində istifadə edildikdə heç bir qoxusu qalmır. Saça qulluqda, ürək sağlamlığı kimi bir çox sahədə faydalı olan sarımsaq arıqlamaq üçün də əvəzedilməzdir.

Çayın tərkibi:

– 2 stəkan su

– 3 diş təzə sarımsaq

– 2 çay qaşığı bal

– 1 ədəd limon suyu

Hazırlanma qaydası:

Bir qaba 2 stəkan suyu tökün, 3 diş sarımsağı əzin və suyun içərisinə atın. Suyu ocağın üzərinə qoyub qaynadın. Su qaynadıqda ocağı söndürüb bal və limon suyunu da əlavə edin. Soyudub, süzün. Gündə 3 dəfə ilıq halda yarım stəkan için.

Qeyd: Təzyiq xəstələri və sarımsağa allergiyası olan adamlar mütəxəssislə məsləhətləşmədən bu arıqladıcı vasitədən istifadə etməməlidirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png