ONN İnformasiya Agentliyi

Dərinizi bu üsulla gözəlləşdirin

Dərinizi bu üsulla gözəlləşdirin
22 Mart 2018 - 5:14

Üzünüzün daha gözəl görünməsini çox asan yolla əldə edə bilərsiz.

ONN media dəri gözəlliyi üçün buz kubu ilə edə biləcəklərinizi təqdim edir.

Yaşıl çayı dəmləyib buz qabına tökün, buzluğa qoyub dondurun. Sonra donmuş buzu bir parçaya bükün, gözlərinizi altında bir müddət saxlayın. Göz ətrafının aydınlandığını və şişkinliyin getdiyini görəcəksiz.

Dəridəki qızartı, ltihab və sızanaqları azaltmaq üçün bir kağız dəsmal, ya da yumşaq bir bir parçaya buz kubu yerləşdirin, sızanağın üzərində saxlayın. 

Buz dərini yumşaldır, məsamələri daraldır, qırışları yüngülləşdirir, sızanaqları yox edir, qan dövranını yaxşılaşdırır. Yatmadan əvvəl kağız salfetə bükülmüş buz kubu ilə üzünüzə masaj edin.

Aloe vera gelini dondurub günəş vannası qəbul etmədən əvvəl dərinizə sürtün. Beləliklə, günəşlənmədən dərinizdə yanma hissi olmayacaq.

Portağal suyunu dondurub bu buzla dərinizi masaj edin.

Makiyajdan əvvəl üzünüzü buzla ovsanız, dəriniz təmizlənər və makiyajınız daha qalıcı olar.

Qaşlarınızı almadan əvvəl buz kubu ilə ovun. Həmin yer keyidiyindən ağrı hiss etməyəcəksiz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png