ONN İnformasiya Agentliyi

Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir

Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir
19 May 2018 - 13:15

Üzün fərqli yerlərində çıxan sızanaqlar daim narahatlıq və kompleks yaradır. Hətta bu sızanaqlar hansısa xəstəliklərin göstəricisi də ola bilər. Bu sızanaqların çıxdığı yerə görə xəstəliyi təxmin etmək olar, erkən diaqnozla bərabər müalicə müddətini asan bir hala gətirə bilərsiniz. ONN media üzünüzdə çıxan sızanaqların hansı xəstəliklərə işarə olduğunu təqdim edir.

Alın
Alında sızanaq çıxması çox rast gəlinən bir haldır. Alında tez-tez sızanaq çıxmasının stress, yuxusuzluq kimi səbəblərlə yanaşı qaraciyər, həzm sistemi və qidalanma balansı ilə əlaqədar sağlamlıq problemlərinin işarəsi ola bilər. 

Çənə
Çənədə görünən sızanaqların hormonal pozuqluqlarla birbaşa əlaqəsi olduğu məlumdur.

Üzün kənarları 
Aparılan araşdırmalara görə, üzün kənarlarında ortaya çıxan sızanaqlar, hormonal pozuqluqlar və dəri səthində rast gəlinən tıxanıqlıq kimi problemlərin göstəricisi ola bilər. İstifadə etdiyiniz qulluq və kosmetik vasitələri dəyişdirməyiniz faydalı ola bilər.

Yanaqlar
Yanaqlarda rast gəlinən sızanaqların ən böyük səbəbi gündəlik şəkər miqdarıdır. Bununla yanaşı bəzi nəfəs yolu xəstəlikləri və ağciyər problemləri səbəbi ilə yanaqlarınızda sızanaq yarana bilər.

Qaşların arası
Qaşların arasında sızanaq çıxması qaraciyərdə problemə işarə ola bilər.

Burun və üst dodaq kənarları
    
Burun və üst dodaq kənarlarında tez-tez sızanaq problemi yaşayan şəxslərin ən qısa zamanda həkimə getməsi məsləhətdir. Burunda yer alan sızanaqlar həm də ədviyyatlı qidalardan çox istifadənin də nəticəsi ola bilər. Üst dodaq kənarlarında rast gəlinən sızanaqların isə ürək, dalaq və qaraciyər kimi sağlamlıq problemləri ilə birbaşa əlaqəsi ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png