Sərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb.
ONN medianın məlumatına görə,hadisə "Masazır dairəsi"adlanan ərazidə baş verib.Belə ki,dairəyə daxil olan avtobus "Hyundai"markalı maşına dəyib və daha sonra divara çırpılıb.Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil.