ONN İnformasiya Agentliyi

200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı – BAKIDA

200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı – BAKIDA
02 Dekabr 2019 - 21:39

Azərbaycanda ən böyük əskinas nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əskinasla bağlı ikinci hadisə qeydə alınıb.

ONN media xəbər verir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əskinas vasitəsilə hesablaşıb.

Pulun saxta olduğunu satıcı sonradan, əskinasa diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.

Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png