Naftalan şəhərində 9 yaşlı uşaq üzüm çatdağından yıxılıb.
ONN media xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan 2009-cu il təvəllüdlü İsgəndərli Məhəmməd İlyas oğlu xəstəxanaya yerləşdirilib.
Dalağı partlayan M.İsgəndərli əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.