ONN media xəbər verir ki, Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayrıcısına vurub.
Nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.