Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "Niva" markalı avtomobillər toqquşub.
ONN media xəbər verir ki, nəticədə "Mersedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.