Ağdaş rayonunda yanğın olub.
ONN media FHN-ə istinadən xəbər verir ki, rayonun Xınaxlı kəndində ümumi sahəsi 32 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.