Göyçayda yanğın olub.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonu, rayonun Bığır kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.