Tərtər rayonunda evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.
ONN media xəbər verir ki, hadisə rayonun Ağkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vəli Ziyad oğlu Tağıyevə məxsus yaşayış evinə girən naməlum şəxs və ya şəxslər yataq otağından qızıl-zinət əşyaları və pul oğurlayıblar.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.