ONN İnformasiya Agentliyi

NATO-nun konvoyuna hücum - Ölənlər var

NATO-nun konvoyuna hücum - Ölənlər var
18-10-2018, 14:36


Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.

ONN media report -a istinadən xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə bildirib.

Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.

NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png