Şamaxı rayonunda güclü zəlzələdən sonra işıq və təbii qaz verilişi dayandırılıb.
ONN media xəbər verir ki, qısa müddət sonra enerji verilişi bərpa edilsə də, təbii qaz hələlik verilməyib.
Qaz xətlərində fəsadların olması barədə məlumat yoxdur.
Qeyd edək ki, zəlzələ Şamaxıda 4-5 bal hiss olunub. Yeraltı təkandan sonra bir sıra evlərdə uçqun olub, 6 nəfər xəsarət alıb.