ONN İnformasiya Agentliyi

Ağstafada 5 nəfər itin hücumuna məruz qalıb

Ağstafada 5 nəfər itin hücumuna məruz qalıb
31 Oktyabr 2018 - 20:45

Ağstafa rayonunda 5 nəfəri it dişləyib.

ONN media "Report"a istinadən məlumatına görə, rayonun Eynallı kəndində saxlandığı həyətdən qaçan it 5 nəfərə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralılardan 44 yaşlı Pənah Hüseynov və 61 yaşlı Yaşar Bayramova, həmçinin daha 3 nəfərə tibbi yardım göstərilib və onlara quduzluğa qarşı iynə vurulub.

Sakinlərin bildirdiyinə görə, kənddə bir müddət əvvəl də oxşar hal yaşanıb. Belə ki, sahibinin həyətindən qaçan həmin it bir ailənin 3 üzvünə və kənddə qonaq olan daha 2 nəfərə xəsarət yetirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png