ONN İnformasiya Agentliyi

Azərbaycanda QƏTLİAM kimi QƏZA: 1-i uşaq olmaqla 6 nəfər öldü

Azərbaycanda QƏTLİAM kimi QƏZA: 1-i uşaq olmaqla 6 nəfər öldü
25 Avqust 2018 - 19:38

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

ONN media qafqazinfo.az-ya istinadən xəbər verir ki, Qara Siyəzən adlı ərazidə "VAZ 2107" markalı avtomobillə "Daewoo" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb ediliblər.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png