ONN İnformasiya Agentliyi

Azərbaycanda sürücü polisi vurub qaçdı – ANBAAN VİDEO

Azərbaycanda sürücü polisi vurub qaçdı – ANBAAN VİDEO
11 Dekabr 2021 - 22:45

Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub.

ONN media xəbər verir ki, hadisə Göygöl rayonunda qeydə alınıb.

Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna “saxla” əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu hadisə də onu göstərir ki, dövlət qurumlarının əməkdaşlarına qarşı bu cür hərəkətlərə yol vermək olmaz. Əks halda, həmin şəxslər qanun qarşısında cavab verib cəzalandırılacaqlar.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png