ONN İnformasiya Agentliyi

Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi

Azərbaycanlı qadın İranda 3 nəfəri xilas etdi
10 Aprel 2019 - 17:43

Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümü keçirən 46 yaşlı bir qadının orqanları ehtiyacı olan üç xəstəyə köçürülüb.

ONN media xəbər verir ki, beyninə qan sızmasına görə Urmiyanın Xomeyni xəstəxanasına yerləşdirilən qadının orqanları ailəsinin icazəsi ilə xəstələrə bağışlanıb.

Məlumata görə, mərhumun iki böyrəyi Urmiya şəhərində iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.

Qeyd edək ki, İranda orqan bağışlanması beyin ölümü gerçəkləşən xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan əyalətlərində orqan bağışlama faktlarına tez-tez rast gəlinir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png