ONN İnformasiya Agentliyi

Bakıda dəhşətli avtobus qəzası, ölən və yaralananlar var

Bakıda dəhşətli avtobus qəzası, ölən və yaralananlar var
02 Avqust 2019 - 13:53

Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

ONN media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövlət Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib.

Hazırda qəza ilə bağlı Bakı Nəqkiyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png