ONN İnformasiya Agentliyi

Bakıda külək dayanacağın damını uçurdu

Bakıda külək dayanacağın damını uçurdu
17 Yanvar 2019 - 11:04

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

ONN media xəbər verir ki, dayanacaq məntəqəsinin damı uçub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

“Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq”.

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png