ONN İnformasiya Agentliyi

Bakıda marşrut avtobusuna hücum etdilər – FOTOLAR

Bakıda marşrut avtobusuna hücum etdilər – FOTOLAR
03 Sentyabr 2019 - 18:21

Bakıda naməlum şəxslər “BakuBus” avtobusunun pəncərəsini sındırıb.

ONN media xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “BakuBus” MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.

Hadisə sentyabrın 2-də axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.

21 nömrəli marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bakıda marşrut avtobusuna hücum etdilər – FOTOLAR
Bakıda marşrut avtobusuna hücum etdilər – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png